Qurban Qurbanov: “Umumilikdə, futbolçularımdan razı qaldım”

Premyer liqanın 13-cü turunda “Qarabağ” klubu Bakıda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edərək, yarış cədvəlinin vahid lideri olub. Allsport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov matçdan sonra bunu deyib:

“Bizim üçün vacib oyun idi. Futbolçularımı təbrik edirəm. İlk dəqiqələrdən göstərdilər ki, qalib gəlmək istəyirlər. Hesabda geri düşsək də, yekun nəticə xeyrimizə oldu. “Qəbələ” ilə münasibətlərimiz həmişə yaxşı olub. Bu komandaya, baş məşqçisinə hörmətimiz var.

İlk hissəni pressinqlə başlamaq, rəqibi topsuz qoymaq istəyirdik. İkinci hissənin əvvəlində o tempi saxlaya bilmədik. “Qəbələ” 15 dəqiqəlik istirahətdən sonra daha da aktivləşdi. Sonra öz səhvimizdən qol buraxdıq. Amma ümumilikdə, futbolçularımdan razı qaldım”.

Həmin kateqoriyadan