Qurban Qurbanov: Yunanıstan səfərində sonra ölkə çempionatına köklənmək çətin idi

Bu gün Premyer liqanın 11-ci turunda “Qarabağ” səfərdə “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, qalib komandanın baş məşqçisi Qurban Qurbanov oyun haqda bunu söyləyib:

“Futbolçularımı təbrik edirəm. Xarakter nümayiş etdirdilər. PAOK-la oyundan sonra köklənmək çətin idi. Futbolçular çox əziyyət çəkdilər.

Hər birinə təşəkkür edirəm. “Zirə” komandası bəlkə də, bu gün məğlubiyyətə layiq deyildi. Bizim üçün vacib qələbə qələbə idi. Düşünürəm ki, çempionatın ən vacib xallarından birini qazandıq”.

Həmin kateqoriyadan