Qurban Qurbanovdan etiraf: “Bu gün çatışmayan cəhətlərimiz çox idi”

“Qarabağ” premyer liqanın 20-ci turunda öz meydanında “İnter”ə 0:1 hesabı ilə məğlub olub. Allsport.az saytı xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Qurban Qurbanov oyun sonrası keçirilən mətbuat konfransında bunu söyləyib:

“Rəqibi təbrik edirəm. Futbolçular bu gün çox əziyyət çəkdilər. Bu gün çatışmayan cəhətlərimiz çox idi. Bunları düzəltməliyik. Çempionatın sonuna hələ var. Oyunların sayı get-gedə azalır. Rəqibə bundan sonrakı oyunlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan