Qurban Qurbanovun 200-cü qələbəsi

Topaz premyer liqasının 25-ci turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Zirə” ilə görüşdə 2:1 hesablı qələbə 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub. Bunadək hesabında 199 qələbə olan Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.

İlk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda qazanan çalışdırıcı paytaxt klubunda 19, 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”da 181 dəfə komandasının qalib gəlməsinə şahid olub.

Qurbanov Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan 2-ci baş məşqçidir. O, yalnız  Ağasəlim Mircavadovdan geri qalır.

Həmin kateqoriyadan