Qurban Qurbanovun 200-cü qələbəsi

“Qarabağ” klubu Qurban Qurbanovun rəhbərliyi ilə 200-cü qələbəsini qazanıb. Allspot.az saytı xəbər verir ki, bu, Premyer liqanın 11-ci turunun “Zirə” ilə görüşdə təsadüf edib. 200-cü qələbə 44 yaşlı mütəxəssisin Ağdam təmsilçisinin baş məşqçisi postundakı 368-ci qarşılaşmada qeydə alınıb. Digər 168 görüşdən 99-u heç-heçə, 69-u məğlubiyyətlə nəticələnib.

200 qələbədən 151-ci ölkə çempionatı çərçivəsində qazanılıb. 10-cu turun AzAL-la səfər matçındakı 1:0 hesablı qələbə ölkə çempionatlarında 150-ci olmuşdusa, bu dəfəki 151-ci qələbə ümumilikdə 200-cü kimi tarixə düşüb. Digər 49 qələbədən 22-si Azərbaycan kuboku, 27-si avrokuboklara təsadüf edib.

“Qarabağ”ın Qurbanovun rəhbərliyi ilə ilk qələbəsi mütəxəssisin bu postdakı debüt oyununda yaşanıb. 2008-ci il avqustun 9-da “Qarabağ” səfərdə “Bakılı”nı 2:1 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan