- Baxış sayı: 33
- 12 May 2025 22:29
- Baxış sayı: 90
- May 12, 2025
- 0
“Sabah” basketbol klubu ölkə çempionatının yarımfinal pley-off sıralamasının ilk oyununda “Neftçi”yə 94:89 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, Bakı idman sarayında keçirilən ilk görüşdən sonra qalib komandanın baş məşqçisi Rimas Kurtinaytis mübarizəni belə dəyərləndirib:
“Oyunun əvvəlində “Şəki” səfərinin yorğunluğu hiss olunurdu. Bundan əlavə rəqibin də məşqçi və oyunçu heyəti görüşə çox yaxşı hazırlaşmışdı. Üstəlik, rəqibin heyətində hündür oyunçuların çoxluğu bizə müəyyən problemlər yaratdı.
Bu səbəbdən uzun oyunçumuz Klavs Çavars 35 dəqiqəyə yaxın meydançada oldu. Bunun baxmayaraq onun fiziki göstəriciləri bu müddət ərzində əla səviyyədə oyun sərgiləməyə kifayət etdi. Sonda xarakter nümayiş etdirsək də, final seriyasının növbəti oyunlarında daha da yaxşı oyun göstərməliyik”.