- Baxış sayı: 46
- 16 Avqust 2026 12:06
- Baxış sayı: 604
- Avqust 12, 2026
- 0

U-16 qızlar arasında basketbol üzrə Avropa çempionatının “B” divizionunda 5-7-ci yerlər uğrunda mübarizə davam edir.
Allsport.az xəbər verir ki, Azərbaycan millisi təsnifat mərhələsində növbəti oyununu Kiprə qarşı keçirib.
Yığmamız rəqibini 70:58 hesabı ilə məğlub edib.
Millimizin heyətində ən məhsuldar oyunçu 18 xalla Qalina Quşina olub. Aylin Niftaliyeva 17, Aylin Əkbərzadə 13, Viktoriya Ulyanova isə 11 xal toplayıb.
Beləliklə, Azərbaycan millisi 5-7-ci yerlər uğrunda qrupda ikinci qələbəsini qazanıb.
Yığmamız qrup mərhələsində Slovakiyaya 50:59, İsveçə 30:64 hesabı ilə məğlub olub. Daha sonra 5-7-ci yerlər uğrunda mübarizədə Bosniya və Herseqovinanı 78:65 hesabı ilə məğlub edib.