- Baxış sayı: 58
- 22 Oktyabr 2026 22:58
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

“Panatinaikos”un müdafiəçisi Kendrik Nann sağ dizindən əməliyyat olunub.
Allsport.az xəbər verir ki, 31 yaşlı basketbolçu ABŞ-da fərdi məşqlər zamanı medial meniskin yırtılması ilə üzləşib.
Onun bərpa müddəti təxminən 6-8 həftə çəkəcək. Bu halda amerikalı basketbolçu oktyabrın əvvəlində tam məşqlərə qayıda bilər.
Yeni Avroliqa mövsümü sentyabrın 24-də başlayacaq. Bu səbəbdən Nannın “Panatinaikos”un turnirdəki ilk oyunlarını buraxacağı gözlənilir.