- Baxış sayı: 28
- 20 Avqust 2026 21:38

- Baxış sayı: 98
- Avqust 20, 2026
- 0


Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol milli komandası FİBA Avropa çempionatının “B” divizionunda 5-ci yeri tutub.
Allsport.az xəbər verir ki, milli 5–7-ci yerlər uğrunda oyunlarda Bosniya və Hersoqovina (78:65) və Kipr (70:58) yığmalarına qalib gəlib.
Dörd matçın 2-də uğur qazanan komanda qələbə göstəricisini 16.7 faizdən 50-yə yüksəldib.
Turnirin ən məhsuldar basketbolçusu Viktoriya Ulyanova olub. O, keçirdiyi 4 oyunda 68 xal (orta hesabla 17 xal) toplayıb. V.Ulyanova Bosniya və Hersoqovina ilə matçda 34 xal və 10 götürmə ilə yaddaqalan performans göstərib. Aylin Niftəliyeva 4 oyunda 54 götürmə (orta hesabla 13,5) yığaraq bu göstərici üzrə turnirin lideri adını qazanıb. O, son iki qarşılaşmada ardıcıl “double-double” edib.
Aylin Əkbərzadə isə 37 məhsuldar ötürmə (orta hesabla 9,3) ilə “B” divizionu tarixinin yeni rekordunu müəyyənləşdirib. Basketbolçu Slovakiya ilə görüşdə 7, İsveçlə matçda 6, Bosniya və Hersoqovina və Kiprlə oyunların hər birində isə 12 məhsuldar ötürmə müəllifi olub.
15 yaşlı Qalina Quşina yarışı orta hesabla 10,5 xalla başa vurub. O, Bosniya və Hersoqovina ilə matçda 14, Kiprlə görüşdə isə 18 xal toplayaraq qələbədə xüsusi pay sahibi olub.
Azərbaycan millisi ötən il “B” divizionunda keçirdiyi 6 oyunun yalnız 1-də qalib gəlmişdi.