- Baxış sayı: 58
- 22 Oktyabr 2026 22:58
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

“Landau Lions” basketbol klubu 18 yaşlı İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb.
Allsport.az xəbər verir ki, yerli basketbolçu ilə sövdələşmənin müddəti 1 ildir.
O, bu yay U-18 və U-20 yığmalarının heyətində Avropa çempionatının “B” divizionunda uğurlu çıxışı ilə yadda qalıb.
Abdullayev ötən mövsüm gümüş medal qazanan komandanın heyətində yer alıb. O, ardıcıl üçüncü mövsüm bu kollektivin şərəfini qoruyacaq.