- Baxış sayı: 36
- 17 Avqust 2026 16:29
- Baxış sayı: 18
- Avqust 17, 2026
- 0

“Real” basketbol komandası Eli Ndiayeni heyətinə qaytarıb.
Allsport.az xəbər verir ki, 22 yaşlı, 204 sm boyunda mərkəz oyunçusu Madrid təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Ndiaye ilk dəfə 2017-ci ildə 13 yaşında “Real”ın sisteminə qoşulub. Akademiyadan keçən basketbolçu 2021-2025-ci illərdə əsas komandada çıxış edib və bu müddətdə 8 titul qazanıb.
2025-ci ildə Madrid klubundan ayrılan Ndiaye “Atlanta” ilə ikitərəfli müqavilə imzalayıb. Lakin o, NBA-də debüt edə bilməyib. Basketbolçu “G” liqasında 9 oyundan sonra çiynindən zədələnərək mövsümü erkən başa vurub.
Ndiaye 2024/25 mövsümündə Avroliqada orta hesabla 14 dəqiqə meydanda olmaqla 3,6 xal və 2,4 götürmə ilə çıxış edib.