- Baxış sayı: 40
- 19 Avqust 2026 10:00
- Baxış sayı: 96
- Avqust 18, 2026
- 0

Milli basketbol assosiasiyasının (NBA) 2025/26 mövsümündə oyun yayımlarından əldə olunan reklam gəliri rekord həddə çatıb.
Allsport.az xəbər verir ki, liqanın media tərəfdaşları mövsüm ərzində ümumilikdə 2,11 milyard ABŞ dolları qazanıblar.
Bu, əvvəlki mövsümlə müqayisədə 38 faiz çoxdur. 2024/25 mövsümündə bu göstərici 1,53 milyard dollar olub.
Gəlirlərin artmasının əsas səbəbi NBA-nın yeni 11 illik media hüquqları müqaviləsi çərçivəsində televiziya əhatəsinin genişlənməsi və reklam nümayişlərinin qiymətinin yüksəlməsidir.
Ötən mövsüm müntəzəm çempionatın 62 oyunu NBC və ABC kanallarında yayımlanıb. Bir il əvvəl isə bu rəqəm 24 olub. 2026/27 mövsümündə açıq televiziyada yayımlanacaq oyunların sayının 71-ə çatacağı gözlənilir.
Ötən mövsüm NBA oyunlarını orta hesabla 1,78 milyon tamaşaçı izləyib. Bu göstərici əvvəlki mövsümlə müqayisədə 16 faiz çoxdur və son 7 ilin ən yüksək nəticəsidir.
NBA-nın üç media tərəfdaşı müntəzəm çempionatın oyunlarının yayımlarından 870 milyon dollar reklam gəliri əldə edib. Bu, əvvəlki mövsümlə müqayisədə 74 faiz çoxdur. Pley-off mərhələsinin yayımlarından isə 987,9 milyon dollar gəlir əldə olunub.
“Nyuyork” və “San Antonio” arasında keçirilən final seriyasının 5 oyunu 256,1 milyon dollar reklam gəliri gətirib. Bu, əvvəlki mövsümdə “İndiana” və “Oklahoma” arasında keçirilən final seriyasının göstəricisindən 39 faiz çoxdur.