- Baxış sayı: 5
- 10 Sentyabr 2026 14:56
- Baxış sayı: 365
- Sentyabr 08, 2026
- 0

“Sabah” basketbol klubu amerikalı forvard Evan Bruinsmanı heyətinə qatıb.
Allsport.az xəbər verir ki, 202 sm boya malik hücumçu ilə müqavilənin müddəti 1 ildir.
O, karyerası ərzində Lüksemburq, Çexiya, Bolqarıstan, Niderland, Macarıstan, Almaniya, İsrail və Türkiyə çempionatlarında çıxış edib.
Bruinsma Niderlandın “Donar” və Macarıstanın “Falko Sombathey” komandaları ilə ölkə çempionu, həmçinin kubokun qalibi olub. O, karyerası ərzində FİBA Avropa kuboku və çempionlar liqası turnirlərində də mübarizə aparıb.