Rəhbərlik qərarını verdi

Rəhbərlik qərarını verdi

“Atletiko” (Madrid) baş məşqçisi Dieqo Simeone ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.

Allsport.az xəbər verir ki, argentinalı mütəxəssisin paytaxt təmsilçisi ilə mövcud sözləşməsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Madrid klubu və 56 yaşlı baş məşqçi əməkdaşlığı daha bir il uzatmaq istəyirlər. Bununla belə, tərəflər arasında rəsmi danışıqlara hələ start verilməyib.

Simeonenin komandada motivasiyanı qoruyub saxladığı və “Atletiko”nun layihəsinə rəhbərlik etməyə davam etmək istədiyi bildirilir.

Argentinalı çalışdırıcının rəhbərliyi altında “qırmızı-ağlar” sonuncu dəfə 2021-ci ildə İspaniya çempionu olublar. Komanda bu mövsüm titulsuz seriyaya son qoymaq və yenidən çempionluq uğrunda mübarizə aparmaq istəyir.

“Atletiko” La liqanın turnir cədvəlində lider “Barselona”dan 5 xal geridə qalaraq ikinci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan