Rəhman Hacıyev: “Qarabağ” heç nədən bizə qalib gəldi

“Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev Premyer liqasının 9-cu turunda “Qarabağ”a qarşı keçirdikləri oyundan (0:2) sonra KİV-ə açiqlama verib. Allsport.az saytı xəbər verir ki, o, yenilgiyə belə şərh verib:

“Məğlub olmağımıza baxmayaraq, düşünürəm, yaxşı oynadıq. Neçə oyundur uduzuruq. Bu bizə pis tədir edir. Həmin vəziyyətə özümüz düşmüşük, bundan da özümüz çıxmalıyıq.

Taktiki tapşırıqları yerinə yetirməyi bacarmadıq. Rəqib nəyləsə bizi üstələmədi: ilk qolu uzaqdan zərbə ilə vurdular, ikincisi də avtoqol oldu. Yəni, rəqibə xüsusi kombinasiya qurub qol vurmağa imkan vermədik

Sonda xoşagəlməzlik yaşandı. Mən özüm də nə baş verdiyini anlamadım. Meydana daxil olan azarkeşin mənə doğru gəldi. Sonra Katalin Tira ona doğru qaçdı və qalmaqal yaşandı. Belə bir hadisənin baş verməsini istəməzdim”.

Həmin kateqoriyadan