- Baxış sayı: 32
- 24 Sentyabr 2026 12:33
- Baxış sayı: 194
- Sentyabr 23, 2026
- 0
“Qarabağ”ın U-19 komandası mövsümü gümüş medallarla başa vurub. Allsport.az saytı xəbər verir ki, Ağdam klubunun gənclərdən ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov artıq bu vəzifədən ayrılıb. 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi və “Qarabağ”ın əsas komandasının kapitanı işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb.
“Qarabağ”ın U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq. Qeyd edək ki, U-19 Rəşad Sadıqovun rəhbərliyi ilə Azərbaycan gənclər liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medalların sahibi olub, eyni zamanda UEFA gənclər liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan klubu olub.