- Baxış sayı: 21
- 24 Sentyabr 2026 19:51
- Baxış sayı: 237
- Sentyabr 23, 2026
- 0

Növbəti mövsümə hazırlığı davam etdirən “Zirə” yeni futbolçu ilə güclənib. Allsport.az saytı xəbər verir ki, təcrübəli Rəşad Sadiqov “qartallar”ın sıralarına qoşulub.
Onunla 1-illik müqaviləyə bağlanılıb. Karyerasında “Şəfa”, “Qarabağ”, “Neftçi”, MOİK, “Xəzər Lənkəran” və “Qəbələ” klublarının formasını geyən yarımmüdafiəçi milli komandamızda da çıxış edib.