Radik Əhmədov: “Hər 2 cəbhədə uğur qazanmaq istəyirik”

Yüksək liqada əsas mərhələ başa çadıb və pley-ofda iştirak edəcək cütlüklər müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, çempionluq yolunda vacib oyunlardan əvvəl isə, Azərbaycan kubokunun yarımfinalı baş tutacaq. “Neftçi” İK-lə görüşdə EKOL iddialıdır. Bu komandalar 8 gün ərzində minimum 3 vacib qarşılaşmada üz-üzə gələcəklər. Baş məşqçisi Radik Əhmədov uğura inandığını deyib:

““Rekord klub.az”la qarşılaşma əsas mərhələdə son matçımız oldu. 2-ci pilləni tutmaqla pley-offa vəsiqəni qazandıq. Əslində, bu yeri əvvəlki turdan təmin etmişdik. Əlbəttə, hər bir komanda mövsümə start verəndə qarşısına müəyyən məqsədlər qoyur. Nə gizlədim, tapşırıq birinci pilləni tutmaqdır. Düzdür, əsas mərhələdə bunu bacarmadıq, lakin vacib olan tapşırıqlardan birinin öhdəsindən gəldik.

Pley-off oyununa qədər bizim ölkə kubokunun yarımfinal mərhələsində də matçımız var. İş elə alınıb ki, yarımfinalda da pley-offdakı rəqibimizdə gücümüzü sınayacağıq. Hazırlaşacağıq, hər iki cəbhədə uğur qazanmaq istəyirik. Məşqlərimizi “Gənclik” idman kompleksində həyata keçirəcəyik.

Sevindirici məqam odur ki, məsul oyunlara itkisiz hazırlaşacağıq. Çünki heyətimizdə cəzalı və zədəli futzalçı yoxdur. Ümid edirəm ki, hazırlıq mərhələsini də itkisiz tamamlayıb, mövsümü arzuladığımız mükafatları qazanaraq başa vuracağıq”.

Bakı idman sarayında EKOL – “Neftçi” oyunu aprelin 26-da olacaq.

Həmin kateqoriyadan