Ramil Şeydayev Bundesliqada oynayacaq

Milli futbolçusu Ramil Şeydayevin yeni klubu bilinib. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı hücumçu karyerasını Avstriya Bundesliqasında davam etdirəcək. “Mattersburq” klubunun prezidenti Martin Puxer məlumatı təsdiqləyib. Həmyerlimiz  “Zalsburq”a qayıdan Smail Prevlyakın əvəzinə alınb. “Yaşıl-ağlar” cari mövsümdə 36 oyunda 46 xalla 6-cı olub.

Rusiyanın “Zenit” klubunun yetirməsi olan Ramil Şeydayev 2016-cı ilin yayında “Trabzonspor”la 4-illik müqavilə bağlayıb. O, 2017-ci ilin yanvarında Slovakiyanın “Zilina”, ötən ilin yayında isə “Qarabağ” klubuna icarəyə verilib. Futbolçu bu komandaların heyətində Slovakiya və Azərbaycan çempionu olub.

Həmin kateqoriyadan