- Baxış sayı: 85
- 09 Avqust 2026 20:16
- Baxış sayı: 225
- Avqust 05, 2026
- 0

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayev bu gün U-21 millimizin AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Kosovoya qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcəyinə üzülüb.
Allsport.az saytı xəbər verir ki, o, “Facebook”da səhifəsində artıq məşqlərə başladığını da diqqətə çatdırıb: “Təəssüf ki, sabah (bu gün) U-21-ə kömək edə bilməyəcəyəm. Çox istəyirdim, amma zədəyə görə alınmadı. Bu gündən yüngül məşqlərə başlamışam”.
Həmyerlimiz U-21-in Almaniya və Kosovoya qarşı keçirəcəyi görüşlər üçün açıqlanan heyətdə yer almışdı. Amma o, zədəli olduğu üçün komandadan ayrılmaq məcburiyyətində qalmışdı.