- Baxış sayı: 45
- 08 Oktyabr 2026 23:58
- Baxış sayı: 94
- Oktyabr 08, 2026
- 0

Türkiyə Superliqasında 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, millizin hücümçusu Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor” İstanbulda “Qalatasaray”la qarşılaşıb.
Trabzon təmsilçisi bu matçdan qələbə ilə ayrılıb – 1:0. Futbolçumuzun adı görüşün iştirak ərizəsində yer alsa da, baş məşqçi Ərsun Yanal onu yenə meydana buraxmayıb. Qara dənizlilər 8 turdan sonra 10 xalla 9-cu pillədədir.