Ramil Şeydayevli “Trabzonspor” yeni inşa etdirdiyi “Ağyazı” stadionuna köçüb

Ramil Şeydayevli “Trabzonspor” yeni inşa etdirdiyi “Ağyazı” stadionuna köçüb

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” klubu ötən gün Türkiyə Super liqanın 11-ci turunda “Hüseyn Avni Akər” stadionunda sonuncu ev oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “bordo-mavililər” bundan sonrakı ev görüşlərini yeni inşa etdirdiyi “Ağyazı”da keçirəcək.

Təzə futbol qurğusunda ilk matç ölkə çempionatının 14-cü turuna təsadüf edəcək. Həmin gün qara dənizlilər “Adanaspor”la qarşılaşacaq. Yeni stadion 41 461 azarkeş tutumuna malikdir. Arenanın yanında klub 7 meydançaya malik baza da inşa etdirir.

Həmin kateqoriyadan