Rauf Əliyev: “Keşlə” ilə anlaşa bilmədik”

Albaniyanın “Kukesi” klubundan ayrılan Rauf Əliyevin “Keşlə”yə keçidi baş tutmayıb. Allsport.az saytı xəbər verir ki, bu barədə qol.az-a futbolçunun özü deyib. Onun sözünə görə, tərəflər müqavilə müddətində razılığa gələ bilməyiblər: “Keşlə” ilə razılaşa bilmədik. Məsələ açıq olaraq da qaldı. Sonuncu söhbətimizdə razılığa gələ bilmədik”.

Bir neçə gün öncə “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov mətbuata müsahibəsində Rauf Əliyevin özünün “Keşlə”yə müraciət etdiyini söyləmişdi. Təcrübəli futbolçu onun fikirinə aydınlıq gətirib: “Söhbət başqa cür olmuşdu. Mən “Keşlə”yə müraciət etməmişdim. Məni də ora yönləndirmişdilər. Durub, öz-özümə getməmişdim”.

 

Həmin kateqoriyadan