Rauf Əliyevin Albaniya klubunda debütü uğursuz olub

Albaniya super kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkə çempionu “Kukesi” ilə kubokunun qalibi “Tirana” qarşılaşıblar.

Matçın taleyini bir qol həll edib. paytaxtlılar yeganə qol sayəsində baş mükafata sahib çıxıblar. Millimizin futbolçusu Rauf Əliyev bu matçın iştirakçısı olub.

Yeni komandası ilə ilk rəsmi oyuna çıxan və 17 nömrəli formanı geyinən hücumçunun debütü uğursuz alınıb. O, “şimal-şərqlilər”in məğlub olduğu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib.

Həmin kateqoriyadan