- Baxış sayı: 39
- 01 Oktyabr 2026 23:53
- Baxış sayı: 92
- Oktyabr 01, 2026
- 0

“Real” Tibo Kurtuanı uzunmüddətli perspektivdə əvəz edə biləcək qapıçı axtarışını aktiv şəkildə davam etdirir.
Allsport.az xəbər verir ki, “kral klubu” “Mançester Siti”nin qapıçısı Canluici Donnarummanı transfer etmək variantını nəzərdən keçirir.
İngiltərə klubunun çoxsaylı maliyyə pozuntuları ittihamları səbəbindən yaşadığı problemlər bu mümkün razılaşmaya təkan verə bilər. “Şəhərlilər” İngiltərə premyer liqasından kənarlaşdırılmağa qədər gedib çıxan ciddi sanksiyalarla üzləşmək riski daşıyırlar.
Donnarummanın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2029/30 mövsümünün sonuna qədərdir.