“Real”dan ayrılmaq qərarına gəlib

“Real”dan ayrılmaq qərarına gəlib

“Real”ın hücumçusu Kilian Mbappenin İspaniya klubundan ayrılacağı iddia olunur.

Allsport.az xəbər verir ki, Mbappe “Real”dakı vəziyyətdən məyusdur və 2027-ci ilin yayında komandadan ayrılmaq qərarına gəlib.

Madrid klubu da futbolçunun gedişinə mane olmayacaq.

Fransalı hücumçu karyerasını İngiltərə premyer liqasında davam etdirəcək. Onun hansı kluba keçəcəyi isə açıqlanmayıb.

Mbappe 2024-cü ildən “Real”da çıxış edir. 27 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Həmin kateqoriyadan