- Baxış sayı: 36
- 06 Oktyabr 2026 23:51
- Baxış sayı: 183
- Oktyabr 04, 2026
- 0

İsveç millisinin hücumçusu Viktor Dyökereş UEFA millətlər liqası tarixində ardıcıl yeddi matçda fərqlənən ilk futbolçu olub.
Allsport.az xəbər verir ki, 28 yaşlı forvard oktyabrın 5-də Rumıniya ilə IV turun qarşılaşmasında (1:0) yeganə qolu vurub.
Hücumçu daha əvvəl turnirin cari mövsümünün üç və 2025/2026 mövsümünün üç oyununda da toru silkələyib.
İsveç seçməsi dörd turdan sonra “B” Liqasının IV qrupunda 10 xalla liderdir.