Reşford İspaniya klubuna keçir?

“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını hansı klubda davam etdirmək istədiyi barədə qərar verib.

Allsport.az xəbər verir ki, ingiltərəli forvard “Barselona”ya keçmək istəyir. “Yuventus” və PSJ oyunçu ilə maraqlanır, lakin Markus yalnız “narıncılar” üçün oynamaq istəyir. Tərəflər razılığa gələ bilsələr, müqavilə mövsümün sonunda imzalanacaq.

Reşfordun “qırmızı şeytanlar”la 2028-ci ilin yayına qədər müqaviləsi var. Onun transfer qiyməti 70 milyon avro dəyərində qiymətləndirilir.

Premyer liqanın cari mövsümündə forvard 16 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan