Reynaldo: Çalışacağam ki, “Adanaspor”a da faydalı olum

Reynaldonun “Adanaspor”a keçidi rəsmiləşib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Türkiyə klubu ilə 2,5 illik müqavilə bağlayıb. İmzalanmadan sonra braziliyalı futbolçu bunu deyib:

““Adanaspor”da olduğum üçün xoşbəxtəm. Uzun illər Azərbaycanda çıxış etdim. Türkiyə mənə yad deyil, ikisi də qardaş ölkədir. Çalışacağam ki, burada da komandama faydalı olum”.

Türkiyə mətbuatının qazdığına görə, Reynaldo “toros pələngləri”ndə 2,5 ilə 455 min avro qazanacaq. Xatırladaq ki, hücumameyilli orta xətt oyunçusu 2013-cü ildən “Qarabağ”ın heyətində olub.

Həmin kateqoriyadan