- Baxış sayı: 35
- 05 May 2024 22:38
- Baxış sayı: 91
- May 03, 2024
- 0
Millimizin yarımmüdafiəçisi Riçard Almeyda yayda “Qarabağ”ı tərk edəcək. Allsport.az saytı xəbər verir ki, bunu KİV-ə baş məşqçi Qurban Qurbanov deyib. 46 yaşlı mütəxəssisin sözünə görə, ona ölkə dışından cəlbedici təkliflər var:
“Almeydanın müqaviləsi bitir. Onun əla təklifləri var. “Qarabağ”da qalma imkanı çox azdır”. O, mövsümün sonunda daha bir neçə futbolçunun komandadan ayrılacağını bildirib:
“Pedro Enrike də “Qarabağ”dan ayrılacaq. Daha bir neçə futbolçu “Qarabağ”ı tərk edəcək. Hazırda digər iki legionçu Dani Kintana və Ansi Aqollinin komandada qalması ilə bağlı danışıq gedir”.