- Baxış sayı: 36
- 26 İyun 2026 03:16
- Baxış sayı: 107
- İyun 25, 2026
- 0

“Qarabağ” klubu premyer liqanın 19-cu turunda səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, fevralın 19-da keçiriləcək çempionatın bu 2 öncül komandalarının görüşünə maraq böyükdür. Ağdam təmsilçisinin aparıcı yarımmüdafiəçisi Riçard Almeyda matç öncəsi bunu deyib:
“Başqa rəqiblərə qarşı necə hazırlaşırıqsa, “Qəbələ”yə qarşı da eyni ciddiyyətlə, eyni peşəkarlıqla hazırlaşırıq. Çünki bizim baş məşqçimizin bizdən tələbi odur ki, heç bir rəqib arasında fərq qoymayaq. Bu səbəbdən, bütün rəqiblərə eyni gözlə baxırıq və eyni ciddiyyətlə hazırlaşırıq”