- Baxış sayı: 44
- 10 Avqust 2026 19:49
- Baxış sayı: 224
- Avqust 12, 2026
- 0
Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandamız təlim-məşq toplanışının 2-ci mərhələsinə start verib.
Yığmamız məşqlərini Boks Mərkəzində keçir. Məşqçilər heyəti bu mərhələdə xüsusi fiziki hazırlığa diqqət yetirəcək. Toplanışa 9 boksçu cəlb edilib. Onlardan 5-i mundialda iştirak edəcək idmançılarımızdır. Bu mərhələ avqustun 8-də başa çatacaq.
Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək. Yarışda ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaqlar.