“River Pleyt”in fəxri üzvü

“River Pleyt”in fəxri üzvü

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi “River Pleyt”in fəxri üzvü seçilib.

Allsport.az xəbər verir ki, Beninlə keçirilən vida matçından əvvəl (3:0) Messi klubun prezidenti Stefano Di Karlo ilə görüşüb.

Funksioner 125 illik yubileyə həsr olunmuş, üzərində 10 nömrə və Messinin soyadı yazılan xüsusi formanı, üzvlük vəsiqəsini və fəxri üzv statusunu təsdiqləyən xatirə lövhəsini futbolçuya təqdim edib.

Messi karyerası ərzində heç vaxt “River Pleyt”də çıxış etməyib. O, Argentinada uşaq yaşlarında “Qrandoli” və “Nyuells Old Boyz” klublarında oynadıqdan sonra ailəsi ilə birlikdə İspaniyaya köçüb və “Barselona”nın akademiyasına qoşulub.

Həmin kateqoriyadan