Rizvan Fərzəliyev: “Araz” qrupunun ən reytinqli komandasıdır”

UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Allsport.az xəbər verir ki, təmsilçimiz “Kampuksen Dinamo (Finlandiya), Raba (Latviya) və Europa (Cəbəllütariq) komandaları ilə qarşılaşacaq.

Ölkə çempionunun kapitanı Rizvan Fərzəliyev püşklə bağlı bunu deyib:

“Klublarla bağlı hansısa məlumatım yoxdur. Püşk bu gün atıldı, yəqin ki, internet vasitəsilə müəyyən informasiyalar əldə edəcəyik, oyunlarına baxacağıq. Texnalogiyanın inkişafı bizə bu imkanı yaradıb. 

“Araz-Naxçıvan” qrupunun ən reytinqli komandasıdır. Bu da bizim favorit olmağımıza işarədir. Təbii ki, meydanda vəziyyət dəyişə bilər. Çalışmalıyıq ki, ümidləri doğruldaq. Qarşıya qoyulacaq məqsəd mərhələ adlamaq, mübarizəni əsas mərhələdə davam etdirmək olacaq. Yəqin ki, yaxın günlərdə hazırlıq planı açıqlanacaq. Ciddi hazırlaşmalıyıq.

Onu da deyim ki, oyunların keçiriləcəyi Latviyada bir neçə dəfə olmuşuq və bu ölkənin millisi ilə yoldaşlıq matçları keçirmişik. Yəni məkan bizim üçün tanışdır”.  

Həmin kateqoriyadan