Robert Prosineçki: Hədəf istədiyimiz nəticəni qazanmaqdır

Sabah millimiz DÇ-2018-in seçmə mərhələsidə Çex Respublikasının futbolçularını qəbul edəcək.  Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Robert Prosineçki KİV-lə görüşdə oyunla bağlı bunu deyib:

“Sabah seçmə mərhələnin sonuncu ev oyununda güclü rəqiblə qarşılaşacağıq. Çex yığmasını təhlil etmişik. Rəqibin futbolçuları texnikalı oyunçulardır, topla davranışları çox yaxşıdır. Bilirik ki, bizim üçün çətin oyun olacaq. Buna baxmayaraq, hədəf sonuncu ev oyunumuzu yaxşı keçirib, istədiyimiz nəticəni qazanmaqdır.

Komandamın və mənim motivasiyam həmişə yüksək olur. Bu, turnir cədvəlindəki mövqeyimizdən asılı deyil. Sabah azarkeşləri sevindirmək istəyirik. Çex yığmasının futbolçuları Avropanın müxtəlif klublarında çıxış edir. Bu mənada, bizi çətin oyun gözləyir.

Amma komandama, futbolçularıma güvənirəm. İki zədəli futbolçumuz var. Əfsus ki, sonuncu məşqdə Maksim Medvedev zədələndir. O, sabahkı oyunu və Almaniya ilə yığması ilə qarşılaşmanı buraxacaq. Digər zədəli futbolçumuz isə klubundan zədəli gələn Araz Abdullayevdir”.

Həmin kateqoriyadan