Robert Prosineçki: İşləmək istədiyim yerlə bağlı seçim etməmişəm

“Başqa komandalardan təklif almamışam. Harada çalışacağımla bağlı qərarı tezliklə qəbul edəcəyəm. İşləmək istədiyim yerlə bağlı seçim etməmişəm.  Çünki futbolda istəklə nəsə həll olunmur. Əvvəl düşünmürdüm ki, nəvaxtsa Azərbaycanda çalışacağam. Baxaq, görək, necə olacaq?”Allsport.az saytı xəbər verir ki, bu sözü millimizin baş məşqçisi Robert Prosineçki deyib.
O, Xorvatiya yığmasını çalışdırıb-çalışdırmayacağı ilə bağlı verilən suala belə cavab verib: “Xorvatiyanın dünya çempionatının final mərhələsinə vəsiqə qazanması önəmli idi. Qalanı boş şeydir”. Prosineçki ilə Sloveniya, Bosniya və Hersoqovina, Avstriya millilərinin və “Konyaspor” klubunun maraqlandığı iddia edilir. O, günlərdi AFFA rəhbərliyini aldadır, Bakıya gəlib seçmə mərhələnin yekunu ilə bağlı hesabat vermir.

Həmin kateqoriyadan