Robert Prosineçki: “Yekun nəticə meydandakı oyunu tam əks etdirmədi”

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Dünya Kuboku-2018-in seçmə qrup mərhələsində Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyəti şərh edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis avropalı həmkarımızla görüşdə bunu söyləyib:

“Şimali İrlandiya çox güclü komandadır. Heyətində ucaboylu, çox güclü oyunçular var. Layiqli qələbə qazandılar. Qollardan üçünü standart vəziyyətlər zamanı buraxdıq. Bütövlükdə, yaxşı oynadıq. Hətta topa daha çox biz nəzarət edirdik, amma sonda…

Yekun nəticə meydandakı oyunu tam əks etdirmədi. Lakin hərdən belə hallar olur. Qrupumuzdakı komandaların hamısı şimali irlandiyalılarla problem yaşayacaq. Bu komanda Fransada keçirilən Avropa çempionatında da özünü yaxşı tərəfdən göstərə bildi”.

Həmin kateqoriyadan