Robert Prosineçkinin komandası reytinqdə 13 pillə geriləyib

Robert Prosineçkinin komandası reytinqdə 13 pillə geriləyib

FİFA milli komandalarının yeni əmsalını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bu gün dərc edilən siyahıda “ay-ulduzlular”ımız 13 pillə geriləyib.

DÇ-2018-in ələməsində Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San Marinonu 5:1 üstələyən futbolçularımız böyük xal itkisinə məruz qalıb. Belədə, yığmamızın topladığı bal 427-dən 388-ə qədər azalıb, sıralamada 79-cu-dan 92-ci yerə enib.

Seçmə mərhələdə yığmamızla bir qrupda qərarlaşan komandalara gəlincə, Almaniya 1-ci (1606 xal), Şimali İrlandiya 20-ci (945), Çex Respublikası 58-ci (630), Norveç 73-cü (472), San Marino 204-cüdüdür (10).

 

Həmin kateqoriyadan