Roberto Bordin: Artıq rəqabətə davamlı, yaxşı komandamız var

Roberto Bordin “Neftçi”də hədəfindən danışıb. Allsport.az saytı xəbər verir ki, italiyalı bağ məşqçi ölkəsinin “TuttoMercatoWeb” nəşrinə açıqlamasında bunu deyib:

“Neftçi”nin 2-illik layihəsi xoşuma gəldi. Futbol ictimaiyyəti bu komandanın yüksək yerlərə qayıtmasını arzulayır. Klubla elə bu müddətə müqaviləm var. Hədəfə çatmaq çətin olacaq. Çünki rəqiblərimiz sırasında güclü komandalar var. Məsələn, “Qarabağ” son illərdə böyük uğurlar qazanıb. Artıq rəqabətə davamlı, yaxşı komandamız var. Amma bizə yenə güclənmək lazımdır. Maraqlandığımız futbolçular arasında italiyalılar da var. Bu, dil baxımından da vacibdir.

Mənimlə maraqlanan klublar var idi. Amma yalnız “Neftçi” ilə təmasda oldum. Bu klub məni çox istəyirdi. Moldovada (“Şerif”) çox yaxşı çalışdım, vacib hədəflərə nail olduq. Azərbaycanda da Moldovadakı kimi bacaracağıma, amma gələcəkdə evimə qayıdacağıma inanıram”.

Həmin kateqoriyadan