- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

Bu gün “Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin ilə klub rəhbərliyi arasında rəsmi müqavilənin imzalanma mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, Bakı olimpiya stadionunun konfrans zalında baş tutmuş tədbirdə italiyalı mütəxəssis 2-illik anlaşmanı imzalayıb.
Ardınca “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və baş məşqçi Roberto Bordin fikirlərini bildiriblər. Sonra klub prezidenti, baş məşqçi, həmçinin idman direktoru Ceyhun Sultanov jurnalistlərin suallarını cavablandırıblar.