“Roma” – “Qarabağ” oyununa görə PFL təqvimdə dəyişiklik edib

Ölkəmizi çempionlar liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu İtaliyanın “Roma” komandası ilə matça daha yaxşı hazırlaşmasını əsas gətirərək, 14-cü turda və ölkə kubokunun 1/8 final mərhələsində keçirəcəyi oyunların vaxtının dəyişdirilməsini xahiş edib.

PFL “Qarabağ”ın Azərbaycanı Avropada  təmsil etdiyini və klubların razılıq məktubunu rəhbər tutaraq aşağıdakı qərarları qəbul edib:

Premyer liqanın 14-cü turunun “Qarabağ” – “Neftçi” matçı 2 dekabr tarixdən 1 dekabr tarixə keçirilsin.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Qaradağ Lökbatan” və “Neftçi” – “Zaqatala” matçları 29 noyabr tarixdən 28 noyabr tarixə keçirilsin.

Həmin kateqoriyadan