Roman Qriqorçuk gileyləndi: 2-3 gündən bir oynamaq çətindir

Premyer liqasının 9-cu turunun “Sumqayıt” – “Qəbələ” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:

“Futbolçu qol vuranda bu onun üçün həmişə sevindiricidir. Biz isə oyunçunu yalnız təbrik edə bilərik. Hesabın nə dərəcədə qanunauyğun olduğuna gəlincə, buna şərh vermək istəmirəm. Ayrı-ayrı futbolçuların oyununu müzakirə etmək istəmirəm. Bu bizim daxili işimizdir, oyunu təhlil edəcəyik. Ümumilikdə, “Qəbələ” yaxşı oynadı. Lakin müəyyən səhvlər buraxdıq.

Mən komandadan razı qaldım. Bu mövsümdə hakimlikdən danışmayacam. Bu sualı kimə verməyinizin məsləhət olduğunu da deyə bilmərəm. Komandamın oyunundan çox razıyam. Avrokuboklara görə oyunların vaxtının dəyişdirilməsinə gəlincə, mümkün olduğu qədər klubları nəzərə almaq lazımdır. Heyətimiz elə komplektləşib ki, bu qrafiklə oynamaq ağırdır. Çünki rəqiblərin heyəti daha yaxşı təşkil olunub. Amma biz şikayətlənmirik. 2-3 gündən bir oynamaq çətindir.

Cavid Hüseynovun yenidən bizimlə olmasına şadam. Sevinirəm ki, o, yenidən meydana çıxdı. Onun əvvəlki səviyyəsinə mümkün qədər tez qayıdıb, həmin templə inkişaf etməsi üçün hər şey edəcəyik. Cavid ilk matçında oynaya bildiyi qədər meydanda oldu”.

Həmin kateqoriyadan