Roman Qriqorçuk: Müəyyən mənfi məqamlar oldu

“Qəbələ” və “Keşlə” arasında yoxlama oyunundan (0:0) sonra əyalət komandasının baş məşqçisi Roman Qriqorçuk fikrini açıqlayıb. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin açıqlamasını təqdim edir:

“Bu qarşılaşmada hər futbolçunun qarşısına daha güclü məşq etmək tapşırığı qoyulmuşdu. Yoxlama oyunu keçirmək imkanından elə istifadə etməliydik ki, bütün vacib məqamlar rəsmi matçdakına yaxın olsun. Futbolçularımız da yaxşı məşq etdi.

Oyun, meydanda baş verənlərlə bağlı xüsusi təhlil ediləsi məqam da yoxdur. Prinsipcə, hər şey gözlənilən kimi oldu. Ən vacibi isə odur ki, faydalı oyun keçirdik. Müəyyən mənfi məqamlar da oldu. Futbolçuların göstərdiyimiz düzəlişləri tez etmələrini, bunları 2-3 dəfə təkrarlamamasını istəyirəm”.

Həmin kateqoriyadan