Roman Qriqorçuk: ““Qələbə”nin asan qazanıldığını söyləmək düzgün deyil”

Premyer liqanın 1o-cu turunun “Qəbələ” – “Neftçi” oyunundan (4:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin açıqlaması ilə tanış edir:

“Qələbənin asan qazanıldığını söyləmək düzgün deyil. Matçın əvvəli belə təsəvvür yaratsa da, əslində qələbə heç də asanlıqla əldə olunmadı. Oyunun gedişində də bəzi dəyişikliklərə əl atdıq, fasilədə futbolçularla müəyyən məsələlərlə bağlı söhbət etdik. Qarşılaşmanı aktivimizə yaza bilərik. Təkcə ona görə yox ki, 3 xalı belə hesabla qazandıq. Futbolçularımız strateji baxımdan düzgün oynadılar. Onların münasibətləri də yalnız müsbət təəssürat bəxş edir.

Təbii ki, qol buraxmamaq xoşdur. Belə olanda xal qazanacağın təmin olunur. Amma uzun müddət qol buraxmamaq da çətindir. Təbii ki, müdafiə xəttində üzərində çalışmalı olduğumuz bəzi məqamlar da var. Cavid Hüseynov hazır olmasaydı, meydana çıxmazdı. O, oynamağa hazır olduğu müddətdə meydanda şans qazanır. Oyunun axarı və digər məqamlar da nəzərə alınır. Yarımmüdafiəçinin üzərində necə çalışıb, meydana can atması da diqqətimi çəkir. Onun çalışqanlığı və istedadını da nəzərə alsaq, tezliklə bütün matçı oynaya biləcəyini gözləmək olar”.

Həmin kateqoriyadan