Roman Qriqorçuk: “Qarabağ”la oyunda qələbə qazanmağımızı istərdim

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “İnter” matçından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikiri ilə tanış edir:

“Oyundan və nəticədən razıyıq. Qalib gəldik və finala yüksəldik. Hər şey yaxşıdır. İlk oyundakı 3:1 hesablı qələbəyə əsasən finala çıxdığımızı söyləmək olmazdı. Biz öncədən bu haqda danışa bilməzdik. “İnter” yaxşı komanda, ciddi və peşəkar rəqibdir. Ona görə də qarşılaşmaya ciddi hazırlaşmışdıq. “İnter”ə hörmətlə yanaşıram. Biz sıx qrafiklə oynayırıq.

Bu səbəbdən də meydana funksional baxımdan daha yaxşı olan, digərləri ilə müqayisədə az çıxış edənləri buraxmışdıq. Aprelin 9-da “Qarabağ”la keçirəcəyimiz matç adi gün deyil. Bir-iki matçı saymasaq, “Qarabağ”la bütün görüşlərimiz ciddi oyun, çempionatın bəzəyi olub. Yenə belə olacaq qarşılaşmada qələbə qazanmağımızı istərdim”.

Həmin kateqoriyadan