Rövnəq Abdullayev: “Milli komandamız maraqlı qrupda yer alıb”

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunub. Allsport.az xəbər verir ki, tədbirdə iştirak edən AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının mübarizə aparacağı qrupla bağlı fikirlərini bildirib:

“Milli komandamızın maraqlı oyunların keçiriləcəyi qrupda yer aldığını düşünürəm. San Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olmuş Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm. Ümidvaram ki, millimiz dünya çempionatının seçmə mərhələsində əldə etdiyi nəticələrlə azarkeşlərə sevinc bəxş edəcək”.

Həmin kateqoriyadan