Rüfət Dadaşov Almaniyanın “Moyzelvits” klubuna keçib

Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşov komandasını dəyişib. Allsport.az saytı xəbər verir ki, son mövsümü Almaniya Regional Liqasında çıxış edən “Germaniya Halberştadt”da keçirən futbolçumuz bundan sonra “Moyzelvits”də çıxış edəcək.

Bu klub da Şimal-Şərq Regional Liqasında çıxış edir. “Germaniya Halberştadt” son mövsümü 18 klub arasında 17-ci pillədə başa vurub, aşağı liqaya yuvarlansa da, “Moyzelvits” 14-cü olub.

Komandanın baş məşqçisi Heyko Veberdir. Həmvətənimizin məhz onun istəyi ilə transfer edildiyi bildirilir.

Həmin kateqoriyadan