Rüfət Hüseynov da qələbə ilə başladı

Bu gün Qatarın paytaxtı Dohada boks üzrə dünya çempionatı başlayıb. Allsport.az xəbər verir ki, boksçularımızdan ilk olaraq 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor rinqə çıxıb. Milli komandamızın üzvü kanadalı Artur Biyarslanovu məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimizin növbəti rəqibi əlcazairli Abdelkader Çader olacaq.

Dünya çempionatının debütantı 49 kq-da mübarizə aparan Rüfət Hüseynov da yarışa qələbə ilə başlayıb. Həmyerlimiz mərakeşli İmad Ahyounu məğlub edib. Hüseynov növbəti mərhələdə özbəkistanlı Hasanbay Dusmatovla üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatında ölkəmizi təmsil edən digər boksçular – Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.

Həmin kateqoriyadan