Rüfət Hüseynov: “Onu da məğlub edə bilərəm”

Milli komandamızın üzvü Rüfət Hüseynov (49 kq) boks üzrə dünya çempionatında ikinci görüşünü də qələbə ilə başa vurub. Allsport.az xəbər verir ki, həmyerlimiz bu çəki dərəcəsinin favotirlərindən sayılan özbəkistanlı Hasanboy Dusmatov üzərində qələbə qazanıb.

Boksçumuz Azərbaycan Boks Federasiyasının (ABF) Mətbuat Xidmətinə açıqlamasında təssüratlarını bildirib: “Dusmatovla döyüşüm ağır keçdi. Bu çəki dərəcəsində demək olar ki, ən güclü idmançı o, idi. Rinqə qələbə qazanmaq üçün çıxmışdım. Yaxşı ki, bu işin öhdəsindən gələ bildim. Növbəti rəqibim ukraynalı Dmitri Zamotayev olacaq. Onunla indiyə kimi görüşməmişəm. Zamotayevin döyüş tərzi mənə uyğundur. İnanıram ki, onu da məğlub edə bilərəm. Əsas məqsədim Rio De Janeyro Olimpiadasına vəsiqə qazanmaqdır. Bunun üçün bütün gücümü qoyacağam”.

Həmin kateqoriyadan