Rusiyada boks yarışında qondarma “Ərsak” və “Abxaziya” komandalarının nə azarı var?

Rusiyanın Soçi şəhərində Sovet İttifaqı qəhrəmanı Martiros Naqulyanın xatirəsinə yeniyetmə boksçular arasında ənənəvi yarış keçirilib. Allsport.az saytının əldə etdiyi məlumata görə, Krasnodar vilayətinin boks federasiyasının açıq havada təşkil etdiyi 35-ci yubiley turnirində qondarma “Ərsak” (“Artsax”) və “Abxaziya” komandaları da iştirak edib. Ümumilikdə, bu ölkənin 22 bölgəsindən 300 idmançı mübarizə aparıb. Dəvət alan qonaqlar arasında WBO versiyası üzrə 2-qat dünya çempionu Artur Abraxam da olub.

Ötən ilin payızında şanlı ordumuz tərəfindən 44-günlük 2-ci Vətən müharibəsində Aran və Dağlıq Qarabağda uğurlu döyüşlər olub, erməni hərbi birləşmələri böyük ölçüdə darmadağın olublar. Belə olan halda, qondarma, əməli mövcudluğu iflic olan “Ərsak” respublikasının komandası haradan peyda oldu? Statusun cəhənnəmə getdiyi, gorbagor olduğu dönəmdə şimal qonşumuzun seperatçı rejimləri tanıması anlaşılan deyil.

Həmin kateqoriyadan